Yenilik. Biz əminik ki, yenilik şirkətimizin uğurunun açarıdır. Problemləri özünə məxsus üsullarla həll etməyi bacarırıq. Peşəkar fəaliyyətimizdə ən yaxşısı olmaq üçün düşüncə, təşəbbüs və yaradıcılıq qabiliyyətini qiymətləndirir və dəstəkləyirik.
Əminlik. Biz özgücümüzə və imkanlarımıza əminik. Rəqiblərlə münasibətlərdə yalnız dürüstlüyü rəhbər tuturuq; qaydamız –qətiyyətlə, enerjili, peşəkar bir şəkildə rəqabət aparmaq və yalnız qarşılıqlı fayda verən tərəfdaşlıq qurmaqdır.
Çeviklik. Biz hər bir müştəriyə fərdi yanaşırıq. Onun ehtiyaclarını və istəklərini maksimum təmin etməyə çalışırıq. İşin gedişatında müştəriyə güzəştə etməyə həmişə hazırıq və müqavilə münasibətlərinin rəsmi çərçivəsi ilə məhdudlaşmırıq.
Komanda. Biz –ümumi bir məqsəd ətrafında sıx birləşmiş unikal bir komandayıq. Kollektivimizi işini sevən və maksimum nəticələrəldə etməyə çalışan insanlardan təşkil edirik. Hər sahədə dürüstlüyü, peşəkarlığı, komanda da işləmə bacarığını və qarşılıqlı hörməti qiymətləndiririk. Əməkdaşlarımız öz sahələrinin ən yaxşı mütəxəssisləridir, şirkətin lider mövqeyini möhkəmləndirmək üçün hər cür səy göstərirlər.
Məhsul keyfiyyəti. Təqdim etdiyimiz məhsulların qiyməti və istifadəsi üzrə səmərəliliyin optimal nisbətinə nail olmağa çalışırıq. Müştərilərimizi qiymətləndiririk, istehlakçılara hörmətlə yanaşırıq və bu səbəbdən öz istehsalımızda keyfiyyəti şübhə altına alınmayan avadanlıq və xammaldan istifadə edirik.
4. Açıqlıq. Biz əməkdaşlığa açıqıq və müştərilərlə, potensial tərəfdaşlarla və rəqiblərlə ümumi problemləri həll etmək üçün konstruktiv dialoq aparmağa hazırıq.